
Haqqımızda


Haqqımızda
Kaspi Kids brendinin altı uşaq bağçası:
- Ağ Şəhər uşaq bağçası
- Əhmədli uşaq bağçası
- Gənclik uşaq bağçası
- Sumqayıt uşaq bağçası
- Bayıl uşaq bağçası (yeni)
- Neftçilər uşaq bağçası
Altı məktəbəqədər hazırlıq mərkəzi fəaliyyət göstərir.
- Masazır məktəbəqədər hazırlıq mərkəzi
- Mikrorayon məktəbəqədər hazırlıq mərkəzi
- Elmlər məktəbəqədər hazırlıq mərkəzi
- Nərimanov məktəbəqədər hazırlıq mərkəzi
- Xətai məktəbəqədər hazırlıq mərkəzi
- Əhmədli məktəbəqədər hazırlıq mərkəzi
- Sumqayıt məktəbəqədər hazırlıq mərkəzi
Bağçaya uşaqlar 2-6 yaşdan qəbul edilir. Məktəbəqədər hazırlıq mərkəzlərinə qəbul 3-6 yaşdan başlayır. Tədris və təlim Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Proqrama əlavə olaraq bir sıra dərnəklərimiz də fəaliyyət göstərir. Bu dərnəklər vasitəsilə uşaqların yaradıcılığı, təxəyyülü, məntiqi, ilkin mühəndislik bacarıqları formalaşır, gizli istedadları üzə çıxır. Kaspidə uşaqların dünyagörüşünü inkişaf etdirən ekskursiyalar, bayram tədbirləri, müsabiqələr, yarışlar və bir sıra layihələr yüksək səviyyədə təşkil edilir. Hər gün bütün uşaqlar bağçanın həkimi tərəfindən profilaktik baxışdan keçir. Bağçada sanitar-gigiyena qaydalarına uyğun olaraq gündəlik təmizlənmə və aylıq sanitar epidomoloji vəziyyətin stabil saxlanılması üçün dezinfeksiya aparılır. Uşaqlar bağçada gün ərzində 4 dəfə qidalanır: səhər yeməyi, meyvə, nahar və şirniyyat saatı. Uşaqların sağlam qidalanması məqsədi ilə təbii məhsullardan və təzə ərzaqlardan menyu hazırlanır və həkim tərəfindən nəzarət edilir.
Məktəbəqədər hazırlıq mərkəzlərimizdə tədris həftədə 5 dəfə 2,5 və 4 saat olmaqla təşkil edilir.
- 2,5 proqrama gündə bir dəfə qidalanma, çay fasiləsi daxildir.
- 4 saatlıq proqrama gündə 2 dəfə qidalanma: meyvə, şirniyyat və çay fasiləsi daxildir.