Ödənişsiz Sınaq imtahanı
Ödənişsiz Sınaq imtahanı
25 aprel 2026-cı il tarixində Kaspi Kids-in bütün filiallarında 4–6 yaşlı uşaqlar üçün ödənişsiz sınaq imtahanı keçirilmişdir. Sınaqda 400-dən çox uşaq iştirak etmişdir. Uşaqların bilik və bacarıqları tədris proqramına uyğun şəkildə qiymətləndirilmişdir.
Sınaq imtahanı test üsulu ilə keçirilmiş və ümumi sual sayı 25 olmuşdur. İmtahan Azərbaycan, rus və ingilis bölmələri üzrə keçirilmişdir.
İmtahan 4 əsas fənni əhatə edirdi: Riyaziyyat, Məntiq, Savad təlimi və Ətraf aləmlə tanışlıq.
Sınağın keçirilməsində əsas məqsəd uşaqların mövcud bilik səviyyəsini müəyyənləşdirmək, onların məktəbə hazırlıq durumunu qiymətləndirmək və imtahan mühitinə uyğunlaşmalarına dəstək olmaq olmuşdur. Nəticələr valideynlərə təqdim olunaraq uşaqların inkişaf istiqamətləri barədə tövsiyələr verilmişdir.