
Haqqımızda


Haqqımızda
Kaspi Kids brendi 2011-ci ildən fəaliyyət göstərir. Hazırda 6 bağça, 7 məktəbəqədər hazırlıq mərkəzi və 4 nümayəndəliklə təmsil olunur.
Bağçalara 2–6 yaş, hazırlıq mərkəzlərinə 3–6 yaş arası uşaqlar qəbul edilir. Tədris Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiqlədiyi proqram əsasında aparılır. Əlavə olaraq, yaradıcılıq, məntiq və mühəndislik bacarıqlarını inkişaf etdirən dərnəklər fəaliyyət göstərir.
Kaspi Kids-də ekskursiyalar, bayramlar, müsabiqələr və layihələr mütəmadi təşkil olunur.
Uşaqlar hər gün həkim nəzarətindən keçir. Gündəlik təmizlik və aylıq dezinfeksiya işləri aparılır.
Bağçalarda gün ərzində 4 dəfə qidalanma təmin edilir: səhər yeməyi, meyvə, nahar və şirniyyat. Menyu təbii ərzaqlarla hazırlanır və həkim tərəfindən yoxlanılır.
Hazırlıq mərkəzlərimizdə qidalanma:
2,5 saatlıq proqram: çay fasiləsi ilə;
4 saatlıq proqram: meyvə, şirniyyat və çay fasiləsi ilə.
Bağçalarımız:
- Əhmədli uşaq bağçası
- Gənclik uşaq bağçası
- Sumqayıt uşaq bağçası
- Bayıl uşaq bağçası (yeni)
- Neftçilər uşaq bağçası
- Ağ şəhər uşaq bağçası
Məktəbəqədər hazırlıq mərkəzlərimiz:
- Masazır məktəbəqədər hazırlıq mərkəzi
- Mikrorayon məktəbəqədər hazırlıq mərkəzi
- Elmlər məktəbəqədər hazırlıq mərkəzi
- Nərimanov məktəbəqədər hazırlıq mərkəzi
- Xətai məktəbəqədər hazırlıq mərkəzi
- Əhmədli məktəbəqədər hazırlıq mərkəzi
- Sumqayıt məktəbəqədər hazırlıq mərkəzi
Nümayəndəliklərimiz:
- Qara Qarayev nümayəndəliyi
- Bakıxanov nümayəndəliyi
- Biləcəri nümayəndəliyi
- Xırdalan nümayəndəliyi