
Sağlamlıq


Sağlamlıq
Kaspi Kids Uşaq Bağçasında uşaqların sağlamlığına xüsusi fikir verilir. Hər gün bütün uşaqlar bağçanın həkimi tərəfindən profilaktik baxışdan keçirilir. Bağçada sanitar-gigiyena qaydalarına uyğun olaraq gündəlik təmizlənmə və aylıq sanitar epidomoloji vəziyyətin stabil saxlanılması üçün dezinfeksiya işləri həyata keçirilir. Eyni zamanda uşaqlara özünə qulluq və şəxsi gigiyena qaydaları öyrədilir.