
Ana dilim doğma dilim


Ana dilim doğma dilim
Ana Dilim, Doğma Dilim” adlı tədbirimiz doğma dilimizin zənginliyini və gözəlliyini bir daha nümayiş etdirdi.
Balaca iştirakçılarımız maraqlı çıxışlarla – şeir söyləmə, səhnəciklər və natiqlik bacarıqları ilə yadda qaldılar. Onlar ana dilimizə olan sevgilərini qürurla ifadə etdilər.
Tədbirdə uşaqlarla yanaşı onların valideynləri də iştirak etdi. Səmimi və bayram əhval-ruhiyyəsində keçən tədbirdə maraqlı müsabiqələr təşkil olundu, həm uşaqlar, həm də böyüklər üçün əyləncəli və maarifləndirici anlar yaşandı.
Bu gözəl gün bir daha göstərdi ki, "Ana dilimiz" bizim kimliyimiz, uşaqlar isə onun daşıyıcısı və gələcəyidir.